SURMALI

Sürməli qəzası  İrəvan xanlığının iki mahalı- Sürməli və Dərəkənd-Parçenis mahallarının ərazisində yaradılmışdı.   

Qəza şimaldan İrəvan və Üçkilsə qəzaları, qərbdən Qars vilayəti, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. 1920-ci ilin sentyabrında baş vermiş Türk-Erməni müharibəsindən sonra qəzanın bütün ərazisi Gümrü müqaviləsinə görə Türkiyəyə verildi. 

Qəzanın ərazisi  Türkiyə Cümhuriyyətinin İğdır vilayətinin ərazisini əhatə edir.