ÜÇKİLSƏ (EÇMİƏDZİN)

Üçkilsə (Eçmiədzin) qəzası İrəvan xanlığının 6 mahalının- Talın, Seyidli-Axsaxlı,  Abaran, Kərpibasar, Sərdarabad, Səədli mahallarının ərazisində yaradılmışdı.

İnzibati mərkəzi Vağarşabad olan qəza Aleksandropol, Yeni Bəyazid, İrəvan, Sürməli qəzaları və Türkiyə ilə həmsərhəd idi.