DƏRƏLƏYƏZ

Dərəçiçək mahalı Şimaldan Pəmbək, Şimal- Şərqdən Şəmşəddil, Cənub-Şərqdən Göyçə, Qərbən Abaran, Cənubdan isə Qırxbulaq mahalları ilə əhatə olunmuşdu.  Mahalın adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. 

İrəvan xanlığının 15 mahalından biri olan və 39 kəndi əhatə edən Dərəçiçək mahalının mərkəzi Dərəçiçək və Bijni idi.  Mülayim iqlimə malik olan mahal tarixən İrəvan xanlarının və xanlıq əyanlarının yay iqamətgahı olub.

İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra Dərəçiçək mahalı Göyçə mahalı ilə birləşdirilərək onların ərazisində Yeni Bəyazid qəzası təşkil olundu. 1828-ci ildə mahal ərazisində ermənilərin və molokanların yerləşdirilməsinə paralel olaraq yerli türklər bu ərazilərdən qovuldu.  1930-cu ildə mahal ərazisində Aşağı Axta kəndinin adı ilə Axta rayonu təşkil olunub. 1946-cı ildə Dərəçiçək kəndinin,  1950-ci ildə isə Zəngi çayının adı dəyişdirilərək ermənicə Tsakadzor və Hrazdan  adlandırıldı. 1959-cu ildə isə Dərəçiçək rayonu Hrazdan rayonu adlandırıldı. 1948-53-cü il deportasiyasından sonra yalnız 4 kənddə,-Qayıqoca, Təkəlik,  Qorçulu və Misxana (yunanlarla qarışıq) kəndlərində azərbaycan türkləri yaşayırdı.