IRAVAN PROVINCE
İrəvan və Naxçıvan xanlıqlarının Rusiya İmperiyası tərəfindən işğalından sonra Çar II Aleksandrın fərmanı ilə bu xanlıqların ərazisində yaradılmış qondarma “Erməni vilayəti” 1849-cu ildə ləğv edildi , əvəzində isə hənim ərazidə İrəvan quberniyası yaradıldı. Bütün keçmiş “Erməni vilayəti”, o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniyaya ilk dövrdə beş qəza- İrəvan, Aleksandropol, Yeni Bəyazid, Naxçıvan və Ordubad qəzaları daxil idi. İrəvan qəzası Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələrinə, Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox idi.
1862-ci ildən başlayaraq Çar Rusiyasının Qafqaz canişinlərinin qərarı ilə quberniyanın inzibati ərazi bölgüsü bir neçə dəfə dəyişdirildi. Nəhayət, İrəvan quberniyası 1874-cü ildə müəyyən edilmiş xarici və daxili inzibati-ərazi bölgüsü üzrə 1918-ci ilə qədər mövcud oldu.
Bu bölgüyə əsasən İrəvan quberniyası 7 qəzadan ibarət idi: