SƏƏDLİ
Arpa çayı ilə Araz çayının birləşdiyi sahəni əhatə edən Səddli mahalı Şimaldan Talın və Şərqdən Sərdarabad, Cənubdan Dərəkənd – Parçenis mahalları ilə, Qərbdən isə Qars paşalığı ilə həmsərhəd idi. Cəmi 9 kənddən ibarət olan mahalın ərazisində yalnız Səədli türk tayfasının nümayəndələri yaşayırdı. İrəvan xanlığında ərazicə ən kiçik olan bu mahalın mərkəzi Xeyirbəyli yaşayış məntəqəsi sayılırdı.
1827-ci ildə İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra Səədli mahalı İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil edildi.
1918-20-ci illərdə mahalın türk əhalisi son nəfərinə qədər öz yurd-yuvasını tərk elədi. Boşalmış kəndlərdə ermənilər yerləşdi.
1930-cu ildə isə Ermənistan hökumətinin qərarı ilə Səədli mahalının kəndləri burada yaradılan Oktemberyan rayonunun tərkibinə verildi.