ALEKSANDROPOL

Qəzanın ərazisi tarixi Ağbaba, Şörəyel, Pəmbək mahallarının ərazisini əhatə edirdi. Qəzanın inzibati mərkəzi tarixi Azərbaycan şəhəri olan Gümrü idi. Şörəyel mahalının Rusiya İmperiyası tərəfindən işğalından sonra şəhərin adı dəyişdirilərək çar II Aleksandır şərəfinə Aleksandropol qoyulmuşdu. 1924-cü ildə şəhər  Leninakan 1990-cı ildən isə Kumayri adlandırıldı. 

Ermənistan SSR yaradıldıqdan sonra 1930-cu illərdə bu ərazidə Düzkənd (Axuryan), Ağin(Ani), Qızılqoç(Qukasyan), Böyük Qarakilsə (Kirovakan), Hamamlı (Spitak) rayonları yaradıldı.