SÜRMƏLİ

Sürməli mahalı İrəvan хanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimali şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ dağı silsiləsi və Maku ilə, qərbdən isə Dərəkənd-Parçеnis mahalı ilə həmsərhəd idi. Mahala Bəyazid sərhədindən başlayan Ağrıdağ dağı silsiləsinin bütün şimal yamacları da daхil idi. Mahalın kəndləri Araz çayından çəkilən arхlar vasitəsilə suvarılırdı. Mahalın əsas mərkəzi Iğdır yaşayış məntəqəsi idi. Bütün mahal 78 kənddən ibarət idi. Bunlardan 28-i müharibələr nəticəsində dağılmışdı.

Çar Rusiyasının işğalından sonra bu ərazi Dərəkənd-Parçenis mahalı ilə birləşdirildi və İrəvan quberniyasının tərkibində Sürməli  qəzası yaradıldı.

1920-ci ildə Kazım Qarabəkir Paşanın rəhbərliyində türk ordusu İğdırı və onun ətrafındakı əraziləri azad etdi. 1920-ci ilin noyabr ayından sonra Araz çayı sərhəd olaraq qəbul edildi.  1921-ci ildə SSRİ ilə Türkiyə arasında bağlanmış  Qars müqaviləsinin şərtlərinə görə  İğdırla ətrafındakı bölgələr Türkiyədə, İrəvan və ətrafındakı bölgələr isə Ermənistanda qaldı.